AZ

Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyuldu

Bakı. Trend:

Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalınaməhdudiyyət qoyulub.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST)rəsmi məlumatlarına əsasən, Türkiyə Respublikasının Ədirnəvilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, HindistanRespublikasının Maxaraştra ştatında dabaq xəstəliyi, BolqarıstanRespublikasının Köstəndil vilayətində, Polşa RespublikasınınPomorsk inzibati ərazisində blutanq xəstəliyi, Böyük Britaniya vəŞimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Aberdinşirinzibati ərazi vahidində və Cənubi Afrika Respublikasının QərbiKeyp əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydəalınıb.

"Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunmasıməqsədilə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən adıçəkilənölkələrin həmin inzibati ərazi vahidlərinə, zonalaşma prinsipinəzərə alınmaqla, ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıqMəcəlləsi”nə uyğun olaraq, müvafiq malların idxalına müvəqqətiməhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət GömrükKomitəsinə müraciət olunub",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
7
22
az.trend.az

10Mənbələr