AZ

Çində sürətlə yayılan ölümcül qızdırmanın əsas simptomu açıqlanıb

Viroloq, tibb elmləri doktoru, professor Viktor Zuev, Çini sürətlə bürüyən yeni ölümcül çikunqunya qızdırmasının əsas əlamətini açıqlayıb.

E-saglam.az-ın məlumatına görə, onun sözlərini aif.ru yayıb.

Həkimin bildirdiyinə görə, çikunqunya virusu birbaşa oynaqlara təsir edir və nəticədə çox şiddətli ağrılar yaranır.

“İnsan sözün əsl mənasında əyilir,” – deyə Zuev qeyd edib.

İnkubasiya dövrü iki gündən on iki günə qədər davam edə bilər. Bu müddət bitdikdən sonra xəstədə yüksək hərarət (40°C-yə qədər) yaranır. Simptomlara həmçinin güclü dəri səpgiləri də əlavə oluna bilər.

Professorun sözlərinə görə, xəstəlik adətən xüsusi ağırlaşmalar olmadan keçir. Ölüm nisbəti aşağı olsa da, hamilə qadınlar və yaşlı insanlar xüsusilə diqqətli olmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
7
e-saglam.az

1Mənbələr