Deputat Vüqar Bayramov bildirib ki, Vaşinqton Anlaşması ilə Azərbaycan və Ermənistan arasındakı 37 illik qarşıdurmaya son qoyulması gözlənilir:
"Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun zəfəri sayəsində regionda yeni səhifə açılır".
Deputat qeyd edib ki, sülh anlaşması Cənubi Qafqazda sabitliyi artıraraq xarici sərmayələri stimullaşdıracaq, xüsusilə qeyri-neft sektoruna sərmayə cəlbini gücləndirəcək:
"Zəngəzur dəhlizinin açılması isə regionu Şimal–Cənub və Qərb–Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya edərək Azərbaycanı beynəlxalq yükdaşımada mühüm mərkəzə çevirəcək. Sülh bütövlükdə regionun iqtisadi inkişafı və sabitliyi üçün strateji əhəmiyyət kəsb edir".
Pərvanə Fərhdqızı