AZ

Nyu-Yorkda “kondisioner xəstəliyindən” üçüncü ölüm – Azərbaycanda risk varmı?

ABŞ-ın Nyu-York şəhərində “Legioner xəstəliyi” kimi tanınan legionellozdan üçüncü ölüm halı qeydə alınıb. Şəhərin Səhiyyə Departamentinin məlumatına görə, infeksiya ilk dəfə iyulun 25-də aşkarlanıb və qısa müddətdə yayılaraq epidemiya halını alıb. Bəs, Azərbaycanda da oxşar epidemiya riski varmı?

Mövzu ilə bağlı professor Adil Qeybulla KONKRET.az-a açıqlamasında bildirib ki, legionella bakteriyaları əsasən rütubətli mühitlərdə, xüsusilə də kondisionerlərin hava kanallarında yaranır:

AbzasMedia

“Bu xəstəlik həm də “kondisioner xəstəliyi” adlanır. Bakteriyalar nəfəs yoluna düşdükdən sonra çoxalaraq iltihabi proses yaradır və legioner pnevmoniyasına səbəb ola bilər. Xəstəlik asqırma, öskürək, boğazda tutulma, yüksək hərarət, baş və əzələ ağrıları ilə müşahidə olunur. Ağır hallarda isə ölümə gətirib çıxara bilir”.

Onun sözlərinə görə, belə hallar baş verdikdə profilaktik tədbirlər vacibdir:

“Kondisioner kanalları hər il xüsusi texniki vasitələrlə təmizlənməlidir. İlk dəfə işə salınarkən qaydalara riayət olunmalıdır. Legionella bakteriyaları 60°C temperaturda məhv olur, buna görə də mühitə düşsələr belə çoxala bilmirlər. Lakin fəallaşmış bakteriyalar varsa, ciddi diqqət göstərilməlidir”.

Aynurə İsmayıl,

KONKRET.az

Seçilən
54
konkret.az

1Mənbələr