AZ

Tehrandan yeni ABSURD İTTİHAM – İranın buludları oğurlanıb?

İran mətbuatında yayımlanan son iddialar çoxlarını mat qoydu: guya Aralıq dənizindən gələn buludların istiqaməti qəsdən dəyişdirilib Bakıya yönləndirilir. Tehran səmasını “bəyənməyən” buludlar birbaşa Bakı göylərində qərarlaşır. İranın iddiası da budur ki, qərb qüvvələrinin (Təbii ki İsraili nəzərdə tutur) “bulud mütəxəssisləri” Aralıq dənizindən gələn rütubətli hava kütlələrini Bakıya qovmaqla İranı susuzluğa məhkum ediblər. Əbülfəzl Abbasa məktub yazıb yağış istəyən iranlılar buna inana bilər, amma elmi əsaslar başqa qənaətə varır.

Ekoloq Ənvər Əliyev məsələni Bizim.Media-ya açıqlamasında bildirib ki, İran, Türkiyə və Azərbaycan da daxil olmaqla, bütövlükdə Avrasiyanın qərb sahilləri Atlantik okeanından gələn rütubətli hava axınlarının (Azor antisiklonunun) təsiri altındadır.
 

MÖVZU İLƏ BAĞLI:

Hava kəskin DƏYİŞİR – Temperatur enəcək, yağış yağacaq


“Planetar olan bu hadisəyə təsir etmək qeyri-mümkündür, yumşaq desək, gülünc bir təxəyyüldür!

Bu Qolfstrim cərəyanıdır, onun axınına necə təsir etmək olar?! Qolfstrim cərəyanının bir qolu Azor adalarından ayrılır, antisiklon şəklində Avropanın qərb hissəsinə gəlir. Gəldikcə də, tədricən yağıntının miqdarı azalır. Məsələn, Gürcüstana 1500 mm yağıntı düşür, arada dağlar olduğundan bizə bu miqdarın yarısından da az düşür. Şərq tərəfə getdikcə daha da seyrəlir. Bu prosesə heç cürə təsir etmək mümkün deyil”.

Ekoloq deyir ki, yağıntılardan vaxtında daha səmərəli istifadə etmək lazım idi. Sututarlar artırılmalıydı. İl ərzində qeyri-bərabər yağıntıları və əhali artımını da nəzərə alsaq, vəziyyət bir qədər də ciddiləşir:

“Yazda sel sular, yayın əvvəlində bol yağışlar axıb zay olur. Hər çayın üzərində sututarları yaratmaq mümkündür. Su ora yığılsın və quraq keçən iyul-avqust aylarında, suvarmaya, heyvandarlığa daha çox lazım olan vaxtı istifadə olunsun”, - deyə mütəxəssis vurğulayıb.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr