Bu ilin yanvar-iyun aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 50,5 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin iyun ayında qeyd edilən regiondan ölkəyə 10,3 mindən çox xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2024-cü ilin iyun ayına nisbətdə 14 faiz çox, cari ilin may ayına nisbətdə isə 0,6 faiz azdır.
2025-ci ilin iyun ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
Ukrayna – 3 345,
Belarus – 2 674,
Polşa – 847,
Macarıstan – 582,
Moldova – 461,
Rumıniya – 392,
Çexiya – 339,
Litva – 279,
Bolqarıstan – 260,
Latviya – 243.