AZ

Ermənistan-Azərbaycan sülh sammitindən sonra “Tramp Marşrutu” planının icrasına başlanılacaq

Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasının əsas elementinin Ermənistanın suverenliyinə hörmət etməklə maneəsiz əlaqəni təmin edəcək “Trump Route” (TRIPP) adlı nəqliyyat dəhlizi olacaq. Bu barədə  Ələkbər Raufoğlu ABŞ-ın yüksək vəzifəli rəsmilərinə istinadən öz Facebook səhifəsində yazıb.  

ABŞ rəsmilərinin sözlərinə görə, layihə Rusiyanı və İranı kənar keçməklə Cənubi Qafqazdan Avropaya birbaşa ticarət və enerji bağlantısı yaradacaq. Bu Qərb üçün geosiyasi qələbə hesab olunur.

Yol xəritəsinin icrası üçün işçi qruplar dərhal fəaliyyətə başlayacaq, marşrutla bağlı danışıqlar isə gələn həftə start götürəcək.

 ABŞ da daxil olmaqla doqquz operator bu layihəyə artıq maraq göstərib.

Rəsmilər vurğulayıblar ki, təşəbbüs kommersiya xarakterlidir və “nəsillər boyu sülhü təmin etmək” məqsədi daşıyır.

N.Təbrizli

Seçilən
13
anews.az

1Mənbələr