AZ

“Azərbaycan və Ermənistan ilkin sülh sazişi imzalayacaqlar” - Ağ Ev

"Azərbaycan və Ermənistan onillik münaqişədən sonra iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməyə yönəlmiş ilkin sülh sazişi imzalayacaqlar".

Oxu.Az-ın "Reuters"ə istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Anna Kelli bəyan edib.

"Prezident Donald Tramp hər iki ölkənin liderlərini Ağ Evdə imzalanma mərasimində salamlamaq niyyətindədir. O, Ermənistan və Azərbaycanla enerji, texnologiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarət sahələrində ayrı-ayrı sazişlər imzalayacaq", - deyə o vurğulayıb. Dördpendirli pizza


Telegram kanalımız
Seçilən
33
2
yenisabah.az

3Mənbələr