AZ

DİQQƏT! Məişət zorakılığı ilə bağlı VACİB AÇIQLAMA

Məlumdur ki, məişət zorakılığı əhalinin ən ciddi mənəvi problemlərindəndir. Bu çoxdan bəri problemdir. Ailədaxili zorakılıq yalnız bir həyat yoldaşının və ya ortağının digərinə pis davranması və ya digərinə dəyməsi demək deyil, uşaqları da əhatə edir. Qadının övladları ilə birlikdə ən çox əziyyət çəkməsinə baxmayaraq, bəzi ailələrdə təcavüzə və pis rəftara məruz qalan kişidir. Maço parametrlərinə görə kişilər ümumiyyətlə bu tip şiddəti bildirmirlər və susmağa üstünlük verirlər. Ailə zorakılığına məruz qalan insanların sayı xeyli çoxdur və özünü bütün sosial təbəqələrdə göstərir.




Mövzu ilə bağlı psixoloq Mirşahin Əliyev Referans-a açıqlamasında bildirib ki, zorakılıq anlayışı, bir çox hallarda insanın daxili qorxuları ilə apardığı mübarizənin göstəricisidir. Zorakılığa müxtəlif yerlərdə, həyatın müxtəlif sahələrində rast gəlmək olar: işdə, ictimai mühitdə, dostlar arasında, ailədə, qadın-kişi münasibətlərində, eləcə də valideyn-övlad münasibətlərində. Əvvəla onu bilmək lazımdır ki, zorakılıq insanın stressə qarşı verdiyi reaksiyalardan biridir. Məlumdur ki, insanlar stresslə qarşılaşdıqda, vuruşma, qaçma ya da donub qalma kimi reaksiyalar göstərirlər.


Psixoloq onu da diqqətə çatdırıb ki, bütün bu stressli vəziyyətlərin arxasında isə insanın zehnində, xüsusilə də şüuraltında yığılıb qalan neqativ inanclar dayanır. Və bu inancların əksəriyyəti 0-6 yaş arasında qazanılır (təqribən 85%). Belə çıxır ki, zorakılığın təməli elə uşaqlıqdan, yəni bilavasitə ailədən gəlir. Psixoloji durumu sağlam olmayan kişi və qadınlar ailə qurduqda, özlərində həll etmədikləri travmalarla günün birində valideyn olduqda, özləri kimi qeyri-sağlam psixologiyalı övladlar dünyaya gətirirlər. Bu uşaqlar da günün birində valideyn olduqda bu hal nəsildən nəsilə ötürülür.


Psixoloq qeyd edib ki,  burada pis vəziyyətdə qalan daim qadınlar deyil, eləcə də kişilər də olur. Çünki cəmiyyətdə kişilər də müxtəlif ənənəvi məhdudlaşdırıcı proqramlarla yüklənirlər: "kişilər ağlamaz", "kişilər hər şeyin yükünü çəkməlidirlər" və s. Və sözsüz ki, ifadə edilməyən, basdırılan duyğular itmir və günün birində daha kəskin şəkildə, daha şiddətli formada qarşımıza çıxırlar. Bir insan nə qədər əzilirsə, əzildiyi yükün altında qala biləcəyi son ana qədər dözür, lakin artıq dözə biləcəyi yer qalmadıqda üsyan etməyə başlayır və gücü əlinə aldıqda, əzildiyi qədər başqalarını əzməyə çalışır. Unutmaq olmaz ki, zorakılıq edən şəxslər, əksər hallarda bir zamanlar zorakılığa məruz qalmış insanlar olur. Problemin həlli isə, hər kəsin fərqində və ayıq olması, öz qüsurlarından qaçmadan, onları qəbul edərək, sağalmaq üçün addım atmasından keçir. hər kəs öz yaralarını sağaltmaqla məşğul olmalı, başqalarını dəyişməyə çalışmamalıdır.


"Çünki bu həyatda dəyişməyən yeganə şey dəyişimin özüdür və dəyişə biləcəyimiz yeganə şəxs də elə özümüzük. Dəyişimə özümüzdən başlayaq, başlayaq ki, sağlam, hüzurlu və xoşbəxt yeni nəsillər yetişə bilsin", - deyə psixoloq qeyd edib.


Şahverdiyeva

Elena Referans  

Seçilən
61
referans.az

1Mənbələr