AZ

Bu tarixdən yağış yağacaq, temperatur 5 dərəcə enəcək

Uzun müddət davam edən isti hava şəraitindən sonra avqustun 10-u gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Seçilən
55
49
heftelik.az

10Mənbələr