AZ

Ədliyyə naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Ədliyyə naziri Fərid Əhmədov avqustun 8-də Ağsuda vətəndaşların müraciətlərini dinləyib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, qəbuldan əvvəl ədliyyə naziri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay və Kürdəmir rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Seçilən
21
6
azerbaijan-news.az

10Mənbələr