AZ

Elmira Aslanova barəsində çəkilən filmdən danışdı

BAKI, 8 avqust. TELEQRAF

"2 il əvvəl Arzu Urşan mənə bu filmi çəkməyi təklif edəndə belə bir yol keçəcəyimizi təsəvvür etmirdim".

Teleqraf xəbər verir ki, bunu Everest zirvəsinə qalxmış alpinist Elmira Aslanova ona həsr edilmiş “Arzunun ardınca” sənədli filminin təqdimat mərasimində deyib.

O bildirib ki, film hər bir insanın heç bir imkanı olmasa belə ən böyük arzusuna çata biləcəyini göstərir.

"Filmdə bu duyğunu hiss edə biləcəyiniz kadrlar çoxdur", - o əlavə edib.

Seçilən
149
teleqraf.com

1Mənbələr