Hakim “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia bildirib ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) ilə qalmaqalda deputatlara respublika prezidenti Vladimir Zelenskinin təhlükəsizlik zəmanəti lazımdır.
SİA xəbər verir ki, bu barədə deputatların “Strana.ua” nəşrinin Teleqram kanalında dərc olunan yazışmalarından məlum olub....Mən imkan verməyəcəyəm ki, bu böhran sırf deputatların hesabına həll edilsin, onları riskə atsın. Mən bunu bütün beynəlxalq əlaqələrə çatdırıram, bunu prezidentə demişəm.Hamı üçün təhlükəsizlik zəmanəti lazımdır.
Buu Araxamiya yazıb.
Onun sözlərinə görə, NABU işi ilə bağlı ölkədə siyasi böhran və “çox çətin vəziyyət” var.
Bundan əvvəl Rada deputatı Aleksandr Fediyenko mətbuata Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasından olan Ali Rada deputatlarının NABU ilə qalmaqalla bağlı yazışmalarının həqiqiliyini təsdiqləyib.
Onun sözlərinə görə, söhbət tarixçəsi natamam görünür və bəzi mesajlar kontekstdən çıxarılıb.
Əli Babayev