AZ

ABŞ qoşunları Zəngəzura gəlir?

ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edəcək. The Washington Post yazır ki, görüşdə Cənubi Qafqazın bu iki ölkəsi arasında onilliklərdir davam edən silahlı münaqişəyə son qoymaq və münasibətləri normallaşdırmaq məqsədilə çərçivə sülh sazişi imzalanacaq.

Məqaləyə görə, sənəd ABŞ-a strateji əhəmiyyətli Zəngəzur dəhlizinin inkişafı üzrə eksklüziv hüquqlar verir. Bu marşrut Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirir. Görüşün Kremlin deyil, Ağ Evin ev sahibliyi ilə keçirilməsi, Ukrayna müharibəsindən sonra Moskvanın postsovet məkanındakı mövqelərinin zəifləməsi kimi qiymətləndirilir.

Çərçivə plana əsasən, ABŞ silahlı qüvvələri regionda sülhün qorunmasında rol oynayacaq. Rusiyalı politoloq Sergey Markov bunu “Rusiyanın maraqlarına ağır zərbə” və “ABŞ-ın, xüsusilə də Trampın böyük qələbəsi” adlandırıb.

Mərasimdə, həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı təşkilata birgə müraciət məktubunun imzalanması da nəzərdə tutulur.

Zəngəzur dəhlizi “Orta Dəhliz” adlanan – Çin və Mərkəzi Asiya ölkələrini Azərbaycan üzərindən Türkiyə ilə birləşdirən marşrutun çatışmayan halqası sayılır. Saziş çərçivəsində dəhlizlə bağlı kommersiya operatorları ilə danışıqlara gələn həftə başlanması üçün xüsusi işçi qrupunun yaradılması planlaşdırılır.

Nəşr qeyd edir ki, Bakı və İrəvanın ABŞ vasitəçiliyi ilə sülh yolunda addım atması, Ukrayna müharibəsinin üç ildən çox davam etməsindən sonra region ölkələrinin Rusiyaya inamının azalmasını əks etdirir.

Seçilən
21
moderator.az

1Mənbələr