AZ

"Araz-Naxçıvan"ın vingeri bu kluba keçməyə yaxındır

"Araz-Naxçıvan"ın futbolçusu Bayraməli Qurbanovun yeni mövsümə harada başlayacağı müəyyənləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı vinger 1-ci Liqa təmsilçisi "Difai"yə keçməyə yaxındır.

Daha öncə də icarə əsasında bu klubda oynamış futbolçunun aqibətinin necə olacağı bir neçə gündən sonra dəqiqləşəcək.

Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb.

Nihat
 

Seçilən
12
fanat.az

1Mənbələr