Psixoloq Natali Qudayol deyib ki, qeybətin ölçülü olması psixi sağlamlıq üçün faydalıdır.
E-saglam.az-ın məlumatına görə, bu barədə Metropoles xəbər verir.
"Qeybət, dopaminerjik sistem də daxil olmaqla, beynin mükafatla əlaqəli sahələrini aktivləşdirir. Ona görə də insanlar bu cür söhbətlərdə iştirak etməkdən və dinləməkdən həzz alırlar", - deyə o qeyd edib.
Bundan əlavə, qeybət gərginliyi azaldır, sosial əlaqələri gücləndirir, birlik və aidiyyət hissi yaradır və emosional rahatlamağa kömək edir. Bununla belə, psixiatr Millian Rossafa vurğulamışdır ki, həddindən artıq çox olarsa, bu cür söhbətlər, əksinə, daim neqativliyə dalmaq səbəbindən depressiya və narahatlıq yarada bilər.
Tərcümə: Könül Oruc
E-saglam.az