AZ

Prezident İlham Əliyevin Vaşinqton səfəri: Azərbaycan-ABŞ münasibətlərində tarixi dönüş nöqtəsi - ŞƏRH

Bakı.Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri tarixisəfərdir.

Bunu Trend-əaçıqlamasında siyasi şərhçi Əziz Əlibəyli Prezident İlham ƏliyevinABŞ səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu tarixi səfərin adı “Qalib Prezidentinsəfəri”dir:

"Səfər eyni zamanda ABŞ üçün də yeni mərhələnin başlanğıcınıifadə edir. Bu, həmçinin qlobal nizam quruculuğunda mühüm birmərhələni təmsil edir. Bu da bir tərəfdən Sovetlər İttifaqınındağılmasının Qarabağdan başlaması ilə paralel şəkildə, müasir hüquqsisteminin və yeni dünya düzəninin də məhz Qarabağdan formalaşmasıilə əlaqəlidir. Azərbaycan Prezidenti İlham Əliyevin qalibiyyətləbaşa çatdırdığı proses beynəlxalq hüququn güc diplomatiyasıvasitəsilə tətbiqinə nümunə oldu. Alternativ yolların nəticəvermədiyi bir dünyada, Azərbaycanın təcrübəsi geniş şəkildə qəbulolundu və örnək göstərildi. Bu gün Prezident İlham Əliyevin sülhtəşəbbüsləri, əvvəllər Ermənistanı sülhə məcbur etməyə yönəlmişhərbi-siyasi yanaşmadan fərqli olaraq, daha praqmatik vəkonstruktiv çərçivədə təqdim olunur. Bu yanaşma, açıq şəkildə ABŞPrezidenti Donald Tramp tərəfindən dəstəklənib. Bu baxımdan səfərstrateji əhəmiyyət daşıyır və regionda yeni nizamın qurulmasınayönəlmiş proseslərin əsas tərkib hissəsidir".

Ə.Əlibəyli qeyd edib ki, səfərlə bağlı digər maraqlı məqamlar davar:

"907-ci düzəlişin icra mexanizminin bloklanması, eləcə də CənubiQafqazda ABŞ ilə müttəfiqlik formatında əməkdaşlıq Azərbaycanındaxili və xarici siyasətinə ciddi təsir göstərəcək. Eyni zamanda,bu proses iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinədair yeni bir müqavilənin imzalanmasına gətirib çıxara bilər. ABŞPrezidentinin mövqeyi müharibəyə alternativ yanaşmaya əsaslanır.Burada əsasən ticarət siyasətinin və nəqliyyat yollarınınreallaşdırılmasından söhbət gedir. Azərbaycan tərəfinin praqmatikmövqeyi və Prezident İlham Əliyevin “win-win”, yəni hər iki tərəfinqazandığı yanaşması Tramp tərəfindən də dəstəklənən mühüm birbaxışı ifadə edir. Müharibədən yayınmaq və alternativ həll yollarıtapmaq istiqamətində əməkdaşlıq bu səfərin əsas məqamlarından birioldu.

Hesab edirəm ki, ikitərəfli, çoxtərəfli, regional və qlobalsəviyyədə keçirilən görüşlər yeni strateji yanaşmalarınformalaşmasına zəmin yaradacaq. Bu, eyni zamanda bizə imkan verirki, beynəlxalq münasibətlər sistemində paralel şəkildə baş verənmüxtəlif prosesləri eyni prizma ilə dəyərləndirək. İndiyə qədərNobel Sülh Mükafatı bəzən şiddətə, dağıntıya və separatizmə xidmətedən şəxslərə verilib. Qoy bu dəfə həqiqətən sülhə töhfə verənşəxslərə qismət olsun. Maraqlıdır ki, sülh mükafatının təməlində budəfə Azərbaycanın da rolu var".

Siyasi şərhçi Turan Rzayev isə Trend-ə qeyd edib ki, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin ABŞ səfəri çərçivəsindəilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətəaçıqlanıb:

“Bununla belə, məsələyə aydın nəzər yetirmək və praqmatikyanaşma sərgiləmək üçün iki əsas aspektdə baxmaq lazımdır:

Azərbaycan-Ermənistan sülh gündəliyi aydın məsələdir ki, səfərinvə dəvətin əsasını təşkil edir. Bu baxımdan daha çox bu istiqamətdərazılıqların olması gözlənilirdi. Birincisi, Azərbaycan vəErmənistan arasında sülh müqaviləsi paraflanacağı deyilir. Bu mühümnailiyyətdir. Azərbaycan və Ermənistan sülhün şərtlərini mətnşəklində razılaşdıracaqlar, sadəcə bundan sonra daxili təsdiqləməprosedurları və rəsmi imza mərasimi qalır. Bakı və İrəvan sülhmüqaviləsinin paraflanmasına razılıq veriləcəksə, bu həm də onudeməyə əsas verir ki, Ermənistan Konstitusiyasına da dəyişikliklərediləcək. Bu, Azərbaycana qarşı ərazi iddialarının aradanqaldırılması deməkdir və Bakının mühüm şərtlərindən biri idi.

İkincisi, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmasırazılaşdırılacaq. Məlum olduğu kimi, Vətən müharibəsindən sonraPrezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanınəsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təminedilməlidir. Ermənistan Bakının bu tələbini qəbul edir. Buradadiqqət çəkən məqam Trampın Zəngəzur Dəhlizinin qarantı rolunuoynayacaq olmasıdır. Bir müddət öncə Vaşinqtonda bu məsələ iləbağlı ABŞ ilə Ermənistan arasında saziş imzalanmışdı.

Üçüncüsü, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan başnaziri Nikol Paşinyan Minsk Qrupunun ləğv edilməsi üçün ATƏT-in BaşKatibinə birgə müraciət edəcək. ATƏT-in Minsk Qrupu onsuz da uzunmüddətdir ki, fəaliyyət göstərmir. Onun əsas missiyası münaqişəninsülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik etmək idi. Digərtərəfdən Minsk Qrupu Azərbaycan və Ermənistanın razılığı əsasındaformalaşmışdı”.

T.Rzayev qeyd edib ki, Trampın şahidliyi ilə Prezident İlhamƏliyev və baş nazir Nikol Paşinyan arasında Vaşinqton görüşününnəticəsi olaraq Birgə Bəyannamənin imzalanması ilətəsdiqlənəcək:

"Ümumiyyətlə, ictimaiyyətə yansıdılan detallara baxdıqda,prosesin müsbət dinamikası aydın görünür. Trampın səyləri dətəqdirəlayiqdir. Hətta deyərdim ki, onun Azərbaycan-Ermənistannormallaşma prosesində belə yaxından iştirakı C.Karterin 1978-ci ilKemp-Deviddə Misir ilə İsrail arasında imzalanmış müqavilə iləmüqayisə oluna bilər.

Prezident İlham Əliyevin ABŞ-yə səfərinin ikinci mühüm aspektiAzərbaycan-ABŞ ikitərəfli əlaqələridir. 2024-cü ilin 5 noyabrındaABŞ-də keçirilən prezident seçkilərindən 3 ay öncə, Şuşadakeçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlıjurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyükuzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyənamizəd olan Tramp haqqında müsbət fikirlər söyləmişdi. Tramp ABŞPrezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərininkişafı üçün yeni imkanlar açıldı. Hər iki lider arasında telefondanışığı, eləcə də çoxsaylı məktub mübadiləsi baş tutdu".

O qeyd edib ki, səfər çərçivəsində ABŞ-Azərbaycanmünasibətlərinin gələcəyinə dair iki mühüm razılıq əldəediləcək:

"Birincisi, Prezident İlham Əliyevlə Prezident Tramp arasındaqurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq, bu səfər çərçivəsindəTramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişinicrasını dayandıran sənəd imzalanacaq. 907-ci düzəliş ümumiyyətlə,Bakı ilə Vaşinqton arasında münasibətlərin ən əsas və həlli vacibproblemi sayılır. Belə ki, torpaqlarımızın Ermənistan tərəfindənişğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildəAzərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimigöstərərək, Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsiniqadağan edən qanunu qəbul etmişdi. Bu düzəliş bir müddətdayandırılsa da, Bayden-Blinken administrasiyası Əfqanıstanəməliyyatları başa çatan kimi 907 saylı düzəlişi yenidəncanlandırmış, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadəetməyə çalışmışdı. 907 saylı düzəlişin icrasının dayandırılmasımüsbət hadisədir.

İkincisi, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığıinkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq. Azərbaycan-ABŞstrateji tərəfdaşlığı 3 istiqaməti əhatə edəcək: Enerji, ticarət vətranzitin də daxil olduğu regional bağlantılar; Süni intellekt vərəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiəsahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığında daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq".

"ABŞ-Azərbaycan strateji tərəfdaşlığı hər şeydən öncə balanssiyasətinin növbəti təzahürüdür. Bakı gələcəkdə ABŞ iləmünasibətlərin pozulmasını istəmədiyi üçün münasibətlərə vəəməkdaşlıqlara rəsmiyyət qazandırır. Bu həm də ABŞ texnologiyasınınvə sərmayəsinin ölkəmizə gəlməsi deməkdir. Nəticə etibariləPrezident İlham Əliyevin ABŞ-yə səfəri davam edir. Mühüm görüşlərhələ olacaq. Lakin indiyə qədər olanlar mühüm nəticələrdir vətəqdirəlayiqdir", - deyə T. Rzayev fikrini tamamlayıb.

Seçilən
40
3
az.trend.az

3Mənbələr