Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, yol hərəkəti iştirakçılarının üzləşdiyi əsas problemlərdən biri də hava şəraitidir:
“Məsələn, isti və ya günəşli gündə bir cür sürücülük davranışı olur, yağışlı havada başqa cür, qarlı-buzlu havada isə tamamilə fərqli yanaşma tələb olunur. Sürücünün diqqətinin yayılması və ya yayındırıcı hərəkətlər də bu qəzalarda rol oynayır. Bütün bu faktorlar birbaşa və ya dolayısı ilə qəzalara səbəb ola bilir. Qəzaların artmasında isti havanın da rolu var. İsti hava şəraitində nəqliyyat vasitələrinin texniki göstəricilərində dəyişikliklər olur. Məsələn, şinlər, tormoz sistemləri, mühərrikdəki soyuducu mayelər isti hava ilə fərqli işləyə bilər. Yəni temperatur normativindən kənara çıxanda texniki nasazlıqlar da artır və bu da qəza riskini yüksəldir. Bütün bunlar başa düşüləndir və bu risklərə qarşı sürücülər özlərini qorumağa çalışmalı, texniki baxışları vaxtında etdirməli və şəraitə uyğun şəkildə davranmalıdırlar”.
Leyla Turan
Demokrat.az