AZ

Dünyada Azərbaycanın maraqlarının təmin edilməsində yeni böyük uğur...


Azərbaycanın müasir tarixində milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq arenada mövqelərin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri son günlərdə özünü daha qabarıq şəkildə büruzə verir.

Söhbət prezident İlham Əliyevin ABŞ-a səfəri, əldə edilən razılıqlardan gedir. Bütün bunlar nəticə etibarı ilə regionda sülh və əməkdaşlıq mühitinin başlanmasıan cavab verir ki, belə vəziyyət Azərbaycanın ictimai və dövlət maraqlarının təmin edilməsində böyük önəmə malikdir.

“Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəliş tarixə qovuşur

Eyni zamanda, baş verənlər Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni reallıqların konkret nəticələridir. Bu reallıqlaragedən yol isə heç də rəvan olmayıb. Xatırladaq ki, prezident İlham Əliyev üçün milli maraqların qorunmasının əsas şərtlərindən biri güclü dövlət və sabit cəmiyyətin formalaşdırılması olub.O, hakimiyyətə gəldiyi ilk illərdən ölkədə siyasi sabitliyin, ictimai təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsini qarşısına məqsəd qoydu.

Daxili siyasətdə milli maraqların qorunması iqtisadi müstəqilliklə sıx bağlıdır. İlham Əliyevin həyata keçirdiyi neft strategiyası və enerji layihələri ölkəyə böyük maliyyə resursları gətirdi. Bu gəlirlər infrastrukturun yenilənməsi, sosial proqramların genişləndirilməsi və regionların inkişafı üçün istifadə olundu. Beləliklə, milli iqtisadi təhlükəsizlik möhkəmləndirildi. Dövlət başçısının

xarici siyasəti Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üzərində qurulub. O, balanslaşdırılmış diplomatiya apararaq həm qonşu ölkələrlə, həm də qlobal güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər yaradıb. Yenə prezidentin ABŞ səfəri fonunda bunu görmək olar. Məəslən, bu səfər fonunda ABŞ prezidenti Donald Trampın “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandırılmaq üçün atdığı addımlar Azərbaycanın böyük uğuru, milli maraqlarının etibarlı şəkildə təmin olunmasıdır.Qeyd edək ki, prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olan bu sənəd 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq. Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib. Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Amma inidi Azərbaycanın gedişləri sayəsində bu sənəd tarixin arxivinə qovuşur. ABŞ-la Azərbaycanın Strateji İşçi Qrupu yaratması ölkəmizin maraqlarının etibarlı müdafiəsini göstərən daha bir faktordur. Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.Bu fonda “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” da ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edəcək: enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə; müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Naxçıvan üçün möhtəşəm yenilik...

Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırlması bu gün Azərbaycanın ən möhtəşəm uğurlarından biri hesab olunur. Faktdır ki, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl fəaliyyət nəticəsində Azərbaycanın mövqeləri beynəlxalq təşkilatlarda dəstəklənib. Bu müstəvidə milli maraqları qorumaq sahəsində ən böyük nailiyyət 2020-ci ilin Vətən müharibəsində əldə olunan qələbədir. 44 günlük hərbi əməliyyat nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqların böyük hissəsini azad etdi. Bu, yalnız hərbi uğur deyil, həm də milli iradənin, siyasi qətiyyətin və diplomatik bacarığın nəticəsi idi. Birgünlük antiterror əməliyyatı isə bütün ərazilərdə suvernliyin bərpa olunması ilə nəticələndi.

İndi qələbənin nəticələri dünyada qəbul edilir. Yenə həmin qələbənin nəticəsi olaraq Azərbaycanla ayrılmaz ərazimiz olanNaxçıvan arasında Zəngəzur dəhlizi üzrə birbaşa əlaqə yaradılır. Bu, dövlət maraqlarının müdafiəsində möhtəşəm uğurdur. ABŞ-ın“Politico” nəşri yazır ki, dəhliz yaxın perspektivdə işə düşəcək. Nəşrə danışan üç ABŞ rəsmisinin sözlərinə görə, bu, ABŞ-ın ortaq tranzit dəhlizinin inkişafı ilə bağlı mübahisənin həllinə kömək etməsi sayəsində mümkün olub. Onlardan biri qeyd edib: “Uzun müddətdir davam edən münaqişənin yumşaldılmasının açarı tranzit dəhlizinə dair sazişdir. Bu, Azərbaycanla anklavı Naxçıvan arasında Zəngəzur dəhlizi kimi tanınan - Ermənistan ərazisinin dağlıq hissəsindən keçən yolun açılmasını ehtiva edir. Biz onun blokunu aça bilsək, bəlkə də qalan hissələr yerinə düşməyə başlayaq”. Nəşr yazıb ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin 99 il müddətinə ABŞ-a verilməsinə razılaşıb: “ABŞ torpaq sahəsinidəmir yolu, neft, qaz və fiber optik xətləri və 32 km dəhliz boyunca elektrik enerjisinin ötürülməsini inkişaf etdirəcək konsorsiuma icarəyə verəcək”. Onu da qeyd edək ki, Azərbaycanın xarici siyasəti milli maraqların beynəlxalq səviyyədə müdafiəsini hədəfləyir. Balanslaşdırılmış diplomatiya, müxtəlif qlobal güclərlə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq və regional təşəbbüslərdə fəal iştirak ölkəmizin mövqelərini möhkəmləndirir. Qoşulmama Hərəkatına sədrliyi, enerji təhlükəsizliyi layihələrində lider mövqeyi və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın qlobal nüfuzunu artırıb. Bu, milli maraqların beynəlxalq müstəvidə qorunmasının nümunəsidir. ümumiyyətlə, Azərbaycan milli maraqlarının qorunması ölkənin müstəqilliyini, sabitliyini və inkişafını təmin edən əsas amildir. Güclü dövlət, müasir ordu, diversifikasiya olunmuş iqtisadiyyat, zəngin mədəni irs və balanslı xarici siyasət bu maraqların təmin olunmasında həlledici rol oynayır. Amma hazırkı geosiyasi şəraitdə milli maraqların qorunması yalnız dövlət siyasətinin deyil, həm də hər bir vətəndaşın məsuliyyətidir.

Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
65
baki-xeber.com

1Mənbələr