BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, Qəzza zolağında münaqişənin daha da kəskinləşməsi yeni insan tələfatına, kütləvi dağıntılara və mülki əhalinin məcburi köçkün düşməsinə səbəb olacaq.
APA xəbər verir ki, bu barədə cümə günü jurnalistlər üçün keçirilən brifinqdə baş katibin sözçü müavini Stefani Tremble məlumat verib.
“Qəzzada fələstinlilər humanitar fəlakət yaşamağa davam edirlər. Baş katib xəbərdarlıq edir ki, eskalasiyanın davamı əlavə məcburi köçkünlüyə, qətllərə və kütləvi dağıntılara gətirib çıxaracaq, Qəzzadakı fələstinli əhalinin təsəvvürolunmaz əzablarını daha da dərinləşdirəcək”, — deyə Tremble bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta