AZ

Aldığı evin köhnə sahibi qeydiyyatdan çıxmaq üçün pul istəyir...VİDEO

Köhnə sahibi evin qeydiyyatından çıxmaq üçün külli miqdarda pul istəyir.

Bunu evin yeni sahibi olan Müslüm Paşayev iddia edir. O deyir ki, 4 il əvvəl aldığı evin sahibi ilə aralarında ədavət yaşanır. Buna səbəb isə evin keçmiş sahibinin qeydiyyatdan çıxmaq üçün Müslüm Paşayevdən 10 min manat pul tələb etməsidir.

Müslüm Paşayev bildirir ki, elə hadisələr də bundan sonra baş verib. Onun aldığı Səbail rayonu Çernyaxovski küçəsində yerləşən sənədsiz mənzil söküntü üçün plana düşüb. Kompensasiya üçün lazımi sənədləri topladığı vaxt evin qeydiyyatında Dmitri Nazarovun olduğu üzə çıxıb.

İddialarda adı hallanan Dmitri Nazarovla biz də əlaqə saxladıq. Lakin o suallarımızı cavablandırmaqdan imtina etdi.

Bəs belə olan halda vətəndaş nə etməlidir?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
34
xezerxeber.az

1Mənbələr