AZ

ABŞ enerji təchizatında Rusiyanı əvəz etmək üçün...

...ABŞ Rusiyanın əvəzinə neft və qazın əsas ixracatçısı olmaq üçün Asiya ölkələri ilə dialoqa başlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə energetika naziri Kris Rayt bildirib.

...Rusiya Avropa üçün ən böyük neft idxalı mənbəyi idi. Rusiya Avropa üçün ən böyük təbii qaz idxal mənbəyi idi. ABŞ bu tədarükləri Rusiya əvəzinə Avropaya yönləndirir. Biz Asiya ölkələri ilə də eyni mövzuda müzakirələr aparırıq. Hindistanla dialoqun hələ tezdir, - o, Fox Business-ə şərhində bildirib.

Avqustun 6-da ABŞ prezidenti Donald Tramp Hindistana 25 faiz əlavə rüsumlar tətbiq edib.

Nəticədə, bu ölkə üçün Amerika rüsumlarının ümumi məbləği 50 faiz təşkil edəcək. Tramp rüsumların tətbiqini …“Hindistan hökumətinin hazırda Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxal etməsi” ilə izah edib. Bundan əvvəl Ağ Ev bildirib ki, Hindistan Rusiya neftini almaqla Ukraynadakı münaqişəni maliyyələşdirir.

Nazlı Almuradova

Seçilən
10
sia.az

1Mənbələr