"Jirona"nın müdafiəçisi Migel Qutyerres karyerasını İtaliya "Napoli"sində davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, sövdələşmənin dəyəri 18 milyon avro və 2 milyon bonusdur.
Ötən mövsüm 24 yaşlı Qutyerres bütün turnirlər nəzərə alınmaqla 36 matçda meydana çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə edib.
Qeyd edək ki, avqustun 9-da “Napoli” və “Jirona” yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.