Böyük Britaniya kralı III Çarlz xalqa gözlənilməz müraciətlə çıxış edəcək.
Qaziler.az bildirir ki, bu barədə “Daily Mirror” Bukingem Sarayına istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, kral Yaponiya üzərində Qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş nitqlə çıxış edəcək.
“Kral Çarlz 1945-ci il avqustun 15-də azadlıq uğrunda canlarını fəda etmiş minlərlə britaniyalı əsgərin xatirəsini ehtiramla yad edən babası Kral VI Qeorqun sözlərini təkrarlayacaq”, - hesabatda qeyd edilib.
Mənbə əlavə edib ki, Böyük Britaniya kralı böyük nəslə olan borcuna və fədakarlığına göstərmək üçün çıxış nitqini özü yazıb.
QAZİLER.AZ