AZ

TƏCİLİ! Ağ Ev Zəngəzur dəhlizi barədə yeni təfərrüatları AÇIQLADI

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, Tramp, Əliyev və Paşinyan bu gün Cənubi Qafqazda ən vacib tranzit marşrutunun işlənib hazırlanması ilə bağlı sülh müqaviləsi üzərində işləri yekunlaşdıracaqlar.

Hurriyyet.Az KONKRET.az-a istinadla xəbər verir ki, layihə Ermənistan qanunvericiliyi çərçivəsində həyata keçiriləcək. İşçi qruplar yaxın aylarda yol xəritəsinin müddəalarının tam icrası üzərində dərhal işləməyə başlayacaqlar.

Gözlənilir ki, gələn həftə tranzit marşrutunun idarə olunması üçün ABŞ-ın hansı strukturlarının məsuliyyət daşıyacağına dair rəsmi danışıqlar başlanacaq.

“Prezident Tramp bu gün danışıqlar qrupu yaradılması ilə bağlı fərman imzalayacaq”, — deyə Kelli məlumat verib.

 

 

Seçilən
12
2
hurriyyet.az

3Mənbələr