ABŞ-ın təşəbbüsü ilə Zəngəzur dəhlizinin açılması təkcə İranın deyil, həm də Çinin strateji maraqları üçün ciddi təhlükə yaradır.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Erməni təəssübü çəkən İran yenə öz təxribatçı açıqlamalarından əl çəkmir.
Qeyd edilib ki, layihənin reallaşması Çin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Şərq-Qərb nəqliyyat marşrutunun bir hissəsinin faktiki bloklanması demək olacaq.
Bu isə o anlama gəlir ki, dəniz blokadası təhlükəsi şəraitində Pekin quru yollarına daha çox önəm verməli olacaq. Bu kontekstdə ən təhlükəsiz və dayanıqlı marşrutun İran ərazisindən keçməsi səbəbindən, Çinin Tehrana dəstəyini gücləndirməsi qaçılmaz görünür.
Natiq Səlim,
KONKRET.az