"Real Madrid"in sabiq forvardı Mariano Dias karyerasını yenidən İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, futbolçu 1 il aradan sonra "Alaves" ilə rəsmi müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bask təmsilçisi futbolçunu azad agent kimi heyətinə qatıb.
Dias son olaraq "Sevilya"da çıxış edib.2016/2017 və 2018-2023-cü illər aralığında Madrid təmsilçisinin formasını geyinib.
Qeyd edək ki, ötən mövsüm yay transfer pəncərəsində Azərbaycan çempionu "Qarabağ"ın futbolçunu heyətinə qatmaq istədiyinə dair şaiələr ortaya çıxmışdı.
Kamil Xudiyev