İtaliyalı hücumçu Cakomo Raspodari "Napoli"ni "Atletiko"ya dəyişəcək.
İdman.biz xəbər verir ki, klublar arasında razılıq əldə olunub.
Madrid klubu keçid üçün 22+4 milyon avro ödəyəcək. Neapollular 30+5 milyon avro tələb etsələr də, sonra güşəştə getməyə məcbur olublar. Raspodari bu gün "Atletiko" ilə müqavilənin detallarını razılaşdırıb.
Qeyd edək ki, 25 yaşlı forvard 26 matçda 6 qol və 1 ötürmə ilə yadda qalıb.
İdman.biz