AZ

“Tramp və Putin görüşü gələn həftə Avropada keçirilə bilər” – ABŞ nəşri

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü gələn həftənin əvvəlində Avropada baş tuta bilər.

Bu barədə “Fox News” öz mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrə görə, görüşün potensial məkanı kimi Roma şəhəri nəzərdən keçirilir. “Fox News” yazır ki, danışıqlarla tanış iki mənbə görüşün gələn bazar ertəsi təşkil ediləcəyini bildirir və mümkün yerlər arasında Romanın da olduğu vurğulanır.

Eyni zamanda, əgər görüş bu həftə gec baş tutarsa belə, Roma hələ də variantlar arasındadır. Bununla yanaşı, digər Avropa ölkələri və digər regionlar da nəzərdən keçirilir.

Seçilən
8
7times.az

1Mənbələr