Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampın dəvəti ilə Ağ Evə gəlib. Səfər çərçivəsində bir sıra mühüm sənədlərin, o cümlədən Ermənistanla sülh müqaviləsinin imzalanması nəzərdə tutulur.
Redaksiya xəbər verir ki, imzalanma mərasimində iki ölkə arasında əməkdaşlıq istiqamətləri, iqtisadi layihələr və regional təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Sülh müqaviləsinin Cənubi Qafqazda uzunmüddətli sabitliyin bərqərar olmasına mühüm töhfə verməsi gözlənilir.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu görüş və imzalanacaq sənədlər Azərbaycan, Ermənistan və region ölkələri üçün yeni əməkdaşlıq mərhələsinin əsasını qoya bilər.
Sevinc Kərimova