Rusiya Odessa vilayətində SOCAR-a məxsus neft bazasına zərbə endirib.
ONN media xəbər verir ki, bu barədə RKB-yə mənbələr məlumat verib.
Məlumata görə, Rusiya 5 “Şahid” dronu ilə bazaya zərbə endirib. Hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. Şirkətin dörd əməkdaşı xəsarət alıb, onllar ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Yanğın qısa müddətdə lokallaşdırılıb, bərpa işləri aparılır.
Ukrayna hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, zərbələr hədəfə yönəlik olub.
Qeyd edək ki, bu, son həftələrdə SOCAR-a bağlı obyektlərə edilən ikinci zərbədir: daha əvvəl “Orlovka” yaxınlığında Azərbaycan qazının ötürülməli olduğu qazpaylayıcı stansiya zədələnmişdi.