Hücumçu Cakomo Raspadori karyerasını İspaniyada davam etdirəcək.
90deqiqe.Az-ın məlumata görə, “Napoli” və “Atletiko” klubları 22 milyon avro qarşılığında razılığa gəliblər. Həmçinin, 4 milyon avro bonus kimi nəzərdə tutulub.
25 yaşlı futbolçu şəxsən “Atletiko” ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb. Rəsmi elan yaxın vaxtlarda veriləcək.
Raspadori “Napoli”də 109 rəsmi oyunda iştirak edib, 18 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya millisində isə 40 görüşdə 9 qol və 6 assistə imza atıb.