Azərbaycan ilə Ermənistan arasında rəsmi sülh sazişi imzalanıb. Bu sənəd iki ölkə arasında uzun illər davam edən münaqişəyə son qoymaq və bölgədə sabitlik yaratmaq məqsədi daşıyır.
Redaksiya xəbər verir ki, imzalanma mərasimi ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə baş tutub. Saziş tərəflərin qarşılıqlı suverenliyə hörmət göstərməsi, ərazi bütövlüyünü tanıması, atəşkəs rejiminə əməl etməsi və diplomatik münasibətləri bərpa etməsi kimi əsas maddələri ehtiva edir.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu saziş Cənubi Qafqazda yeni əməkdaşlıq dövrünün başlanğıcı ola bilər və regionda uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verəcək.
Sevinc Kərimova