ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında Strateji İşçi Qrupunun yaradılması barədə memorandum imzalayarkən bildirib ki, qarşıda Rusiya ilə bağlı böyük həftəsonu gözlənilir.
APA-nın məlumatına görə, Tramp qeyd edib ki, Prezident İlham Əliyev onun ikinci dəfə prezident seçilməsindən əvvəl də onun haqqında xoş sözlər deyib:
“Pakistan, Hindistan, Kamboca, Tailand biz bu ölkələrlə çoxlu barışıq əldə etdik. Qarşıdan Rusiya ilə bağlı böyük bir həftəsonumuz var. Bu barədə yaxın zamanda eşidəcəksiniz.”
Prezident İlham Əliyev isə ABŞ Prezidentinin fəaliyyətini yüksək qiymətləndirib:
“Siz Asiyaya, Afrikaya, indi isə Qafqaza sülh gətirdiniz.”