AZ

Ermənistanın Baş naziri Paşinyan: Cənubi Qafqazda inkişaf baş verəcək

Ajans.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib. "Bu görüş 30 illik münaqişəyə son qoyacaq. Buna görə ABŞ Prezidentinə təşəkkür edirik. İmzalanacaq sənədlər çərçivəsində Tramp marşrutu yaradılacaq, Naxçıvan və ümumilikdə bölgədə kommunikasiya yolları açılacaq",- o qeyd edib. Paşinyan vurğulayıb ki, nəqliyyat və kommunikasiya sahəsində, həmçinin ərazi bütövlüyü və suverenlik çərçivəsində mühüm təşəbbüslər irəli sürülüb:

“Ermənistan Trampın “Sülh və Rifah Marşrutu”nun tamamlanması və icrası istiqamətində bərabərhüquqlu əməkdaşlıq edəcək. Bu prosesdə iqtisadi imkanların genişləndirilməsi və infrastruktur sahəsində investisiyaların qoyulmasına başlanacaq.”

Seçilən
11
Ajans.az

1Mənbələr