AZ

Vaşinqtonda “Tramp Marşrutu” razılaşması imzalandı

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşün nəticələrinə dair birgə bəyannamə imzalayıblar.

Sitat.info xəbər verir ki, sənəddə Ermənistanın ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlıq edəcəyi vurğulanır.

Bəyannamədə qeyd olunur ki, tərəflər bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səylərini davam etdirəcəklər. Layihənin bölgədə sülhün möhkəmlənməsi, iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat infrastrukturunun inkişafına töhfə verməsi gözlənilir. 

 

Seçilən
60
sitat.info

1Mənbələr