AZ

Abşeronda yağmursuz, bəzi dağlıq ərazilərdə yağış...

Milli Hidrometeorologiya Xidmətindən mətbuata verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 32-36 isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan aşağı - 759 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı proqnozlaşdırılır.

XQ 

 

Seçilən
110
22
xalqqazeti.az

10Mənbələr