AZ

Gözlənilən hesabat açıqlandı: "Titan" faciəsinin qarşısını almaq olarmış

2023-cü ildə "Titan" sualtı aparatının partlaması ilə nəticələnən faciə ABŞ Sahil Mühafizəsinin hazırladığı və indi açıqlanan 300-dən çox səhifəlik yekun hesabatına görə, tamamilə qarşısı alına biləcək bir hadisə olub.

Ölkə.az xəbər verir ki, araşdırma göstərib ki, "OceanGate" şirkətindəki layihə qüsurları, kifayət qədər sınaq və texniki baxış proseslərinin aparılmaması, tənzimləyici qaydalara bilərəkdən əməl edilməməsi və istehsal xətalarına əlavə olaraq, şirkət daxilində mövcud olan "zəhərli iş" mühiti də faciədə əsas amillərdən biri olub.

Sahil Mühafizəsinin hesabatına görə, bu problemlərin başlıca məsuliyyəti "toksik" xarakterə malik olduğu bildirilən "OceanGate" şirkətinin baş icraçı direktoru Stokton Raşa aid ola bilər.

Hesabatda qeyd olunur ki, şirkətdə əməkdaşların təhlükəsizliklə bağlı narahatlıqlarını bildirməsinin qarşısını almaq üçün işdən çıxarılma təhdidlərindən istifadə olunub. Sənəddə bu vəziyyət belə təsvir olunur: "OceanGate"in zəhərli iş yeri mədəniyyəti, işçiləri təhlükəsizlik qayğılarını dilə gətirməkdən çəkindirmək üçün qurulmuşdu". Yəni, "bu sualtı aparatda ciddi təhlükəsizlik problemləri var, bu şəraitdə dalış faciə ilə nəticələnə bilər" deyən hər kəs işdən uzaqlaşdırılmaqla hədələnib.

Təəssüf ki, Raşın bu davranış tərzi, onunla birlikdə dalış edən digər beş nəfərin də faciəvi şəkildə həyatını itirməsinə səbəb olub.

Hesabatda, həmçinin "Titan"ın qüsursuzluq və təhlükəsizlik imici ilə reklam edilməsinə diqqət çəkilir. Onun layihə qüsurları və sertifikatsız karbon lifli gövdəsi dərin dəniz təzyiqinə davam gətirəcək səviyyədə təhlükəsiz deyildi. Şirkət isə bu riskli quruluşu "tədqiqat aparatı” kimi təqdim edərək tənzimləyici orqanların nəzarətindən yayınmışdı. Qazanc hərisliyi ilə həyata keçirilən bu qanunsuz fəaliyyətlərin sonunda faciənin qaçılmaz olduğu vurğulanır.(qaynarinfo)

Seçilən
15
3
olke.az

4Mənbələr