Bakı. Trend:
Birinci vitse-prezident Mehriban Əliyeva AzərbaycanPrezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərindəkeçirilmiş görüşünə dair sosial şəbəkə hesablarında paylaşımedib.
Trend paylaşımıtəqdim edir:
"Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika BirləşmişŞtatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən BirgəBəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişiistiqamətində mühüm addım atıldı.
Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!
Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azadolunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımızaAllah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızıqorusun!".