AZ

İordaniya XİN Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayır

Qahirə, 9 avqust, AZƏRTAC

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspora Nazirliyi ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.

AZƏRTAC İordaniyanın PETRA informasiya agentliyinə istinadla xəbər verir ki, bunu nazirliyin rəsmi sözçüsü, səfir Sufyan əl-Qudat bildirib.

Qeyd olunub ki, bu tarixi razılaşma Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək, münaqişələrin sülh yolu ilə həllini təşviq edəcək.

XİN-nin sözçüsü bu razılaşmanın əldə edilməsində ABŞ Administrasiyasını cəhdlərini yüksək qiymətləndirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Seçilən
13
3
azertag.az

5Mənbələr