BAKI, 9 avqust. TELEQRAF
İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspora Nazirliyi ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.
Teleqrafxəbər verir ki, bunu Krallığım XİN rəsmisi Sufyan əl-Qudat bildirib.
Onun sözlərinə görə,tarixi razılaşma Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək, münaqişələrin sülh yolu ilə həllini təşviq edəcək.
XİN-nin sözçüsü bu razılaşmanın əldə edilməsində ABŞ Administrasiyasını cəhdlərini yüksək qiymətləndirib.