AZ

ABŞ Ticarət Nazirliyi “Nvidia” şirkətinə Çinə çip ixracı üçün lisenziya verdi

BAKI, 9 avqust. TELEQRAF

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu “Nvidia” texnologiyalar şirkətinə Çinə H20 çiplərinin satışı üçün lisenziya verib.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Billdirilir ki, lisenziya verilməsi haqqında qərar Ağ Evin Oval ofisində ABŞ Prezidenti Donald Tramp və “Nvidia”nın baş direktoru Jensen Huang arasında keçirilən görüşdən sonra qəbul edilib.

“Nvidia” şirkətinin bu çip modelini xüsusi olaraq Çin bazarı üçün hazırladığı qeyd edilir.

Seçilən
100
teleqraf.com

1Mənbələr