ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 9 avqust , AZƏRTAC
“Mən Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam”. Bu sözləri AZƏRTAC-a açıqıamasında ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, “Juno Global Strategies” mərkəzinin prezidenti Ceyms Uorlik deyib. O, görüşü tarixi tarixi fürsət adlandırıb.
“Bu, prosesin mühüm başlanğıcıdır və ümid edirik ki, bu, regiona sülh və firavanlıq gətirəcək”, - deyə amerikalı ekspert bildirib.
Ceyms Uorlik eyni zamanda ABŞ və Azərbaycan arasında çoxillik müsbət əlaqələrin olduğunu deyib.
“Biz beynəlxalq terrorizm, İran məsələsi, enerji təhlükəsizliyi problemi və digər məsələlərdə əməkdaşlıq etmişik. Azərbaycan və Ermənistanla sülh və təhlükəsizlik məsələlərində də birgə işləmişik və mən bunu gələcəkdə də davam etdirəcəyimizi görməkdən məmnunam”, - deyə Uorlik əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.