AZ

Trampın Rusiya və Ukrayna ilə bağlı mübadilə planı VAR

Ajans.az xəbər verir ki, müsahibə zamanı Ukraynada müharibənin nizamlanmasının mümkün ssenarilərini şərh edən Donald Tramp ABŞ-ın qarşılıqlı ərazi güzəştlərini ehtiva edən sazişi nəzərdən keçirdiyini bildirib. İdeya ondan ibarətdir ki, Ukraynanın müəyyən əraziləri Rusiyanın nəzarətinə keçə bilər və bunun müqabilində Moskva hazırda onun işğalı altında olan bəzi əraziləri Kiyevə qaytarmalı olacaq. Tramp qeyd edib ki, bu cür yanaşma, onun fikrincə, hərbi əməliyyatların sonunu yaxınlaşdıra bilər. Eyni zamanda Tramp vurğulayıb ki, yekun qərarlar tərəflər arasında danışıqlardan və həm Kiyevin, həm də Moskvanın siyasi iradəsindən asılıdır. "Siz üç il yarım ərzində döyüşən əraziyə baxırsınız və bilirsiniz ki, çoxlu rus ölüb, çoxlu ukraynalı ölüb. Bu, mürəkkəbdir. Bu, həqiqətən də asan deyil. Bu, çox mürəkkəbdir, lakin bəzi əraziləri dəyişdirəcəyik. Hər iki tərəfin xeyrinə olan bəzi ərazi mübadilələri olacaq”, - Donald Tramp bildirib.

Ərazi güzəştləri məsələsi Ukrayna-Rusiya müharibəsi kontekstində ən həssas məsələlərdən biri olduğundan, Trampın bəyanatı artıq ABŞ, Avropa və Ukraynada müzakirələr dalğasına səbəb olub.

Seçilən
0
1
Ajans.az

2Mənbələr