AZ

Putin Tramp görüşü gərginliyi azaldacaq Keçmiş konqresmen

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında gözlənilən görüş bütün dünya üçün vacibdir, bu, Moskva ilə Vaşinqton arasında gərginliyin azaldılmasına və ikitərəfli münasibətlərin normallaşmasına kömək edəcək.

Bizimyol.info xəbər verir ki, bu fikri cümə günü Rusiya mətbuatına keçmiş amerikalı demokrat konqresmen Dennis Kusiniç bildirib.

“Bu görüş qlobal əhəmiyyət kəsb edir, ABŞ və Rusiya dost olmalı, sülh və firavanlıq naminə birgə çalışmalıdırlar. İlk addım bir-birinin narahatlığını anlamaqdır”, - deyə ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya ilə dostluğun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmləndirilməsi üzrə işçi qrupunun təsisçilərindən biri olan Kusiniç bildirib.

O, Moskva və Vaşinqtonun avqustun 15-də Alyaskada Putin və Tramp arasında təkbətək danışıqlar aparmaq planları ilə bağlı açıqlamalarını belə şərh edib.

2004 və 2008-ci illərdə ABŞ-da prezidentliyə namizədliyini irəli sürmüş Kusiniç: "Təkcə Ukraynada atəşkəs müharibəni bitirmək üçün kifayət deyil. Birləşmiş Ştatlar Aİ-nin aqressiyadan çəkinməsini təmin etməlidir və əgər Vaşinqtonun son məqsədi həqiqətən sülhdürsə, o zaman NATO-nu dağıtmalıdır", - deyib. Onun fikrincə, iki liderin görüşü Rusiya və Ukraynada münaqişənin yaratdığı “əziyyətlərə son qoymağa kömək edəcək”. “Prezident Tramp bu vəziyyəti dəyişə bilər”, – deyə ABŞ-ın keçmiş qanunvericisi əlavə edib.

“Prezident Putin səbr, güc və tədbirlilik nümayiş etdirdi. Onunla prezident Tramp arasında istənilən diplomatik təmas ölkələrimiz arasında gərginliyi azaldacaq”, - deyə keçmiş konqresmen qeyd edib. Onun fikrincə, Moskva və Vaşinqton “nüvə tərksilahına yaxınlaşmaq üçün birgə işləməlidir”. “Qoy bu görüş ABŞ və Rusiya arasında münasibətlərin bərpası istiqamətində ilk addım olsun”, - deyə Kusiniç bildirib.

Tramp bundan əvvəl avqustun 15-də Alyaskada Putinlə görüşəcəyini gözlədiyini açıqlayıb. O, müvafiq mesajı “Truth Sosial” sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. Daha sonra bu danışıqların avqustun 15-də Alyaskada keçirilməsi planlarını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
47
icma.az

10Mənbələr