"Sabah” - "Levski" cütünün Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri “AZ Alkmar” və “Vaduts”bu gün 3-cü təsnifat mərhələsində ilk oyunlarına çıxıblar.
Sportinfo.az xəbər verir ki, görüş Alkmar şəhərindəki "AZ Stadium"!da keçirilib. Matçda "AZ Alkmaar" 3:0 hesabı ilə qələbə qazanıb.
Hesabı 29-cu dəqiqədə Troy Parrott açıb. O, 74-cü dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub. Görüşdə son nöqtəni isə 80-ci dəqiqədə Meks Meerdink qoyub.
Bu komandalar arasında cavab oyunu avqustun 14-də Lixtenşteyndə olacaq.
"AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi pley-offda "Sabah” (Azərbaycan) - "Levski" (Bolqarıstan) cütünün üstün tərəfi ilə qarşılaşacaq.