BAKI, TurkicWorld , Nərmin Ağayeva
Türkiyə Daxili İşlər Nazirliyi qırmızı bülletenlə beynəlxalq axtarışda olan altı, milli axtarışda olan beş şəxsin tutulduğunu və ölkəyə ekstradisiya edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazir Ali Yerlikaya sosial media hesabında, kabinet dövründə 427 cinayətkarın Türkiyəyə gətirildiyini bildirib. Onun sözlərinə görə, saxlanılanlar arasında “A.T.” və “Daltonlar” kimi mütəşəkkil cinayət təşkilatlarının üzvləri də var. Şübhəlilər “qəsdən adam öldürmə”, “silahlı soyğunçuluq”, “dələduzluq”, “narkotik alveri” və “terror təşkilatına üzvlük” kimi ağır ittihamlarla beynəlxalq və milli axtarışda idilər.
Qeyd edək ki, əməliyyatlar Gürcüstan, Monteneqro, İsveç və Yaponiya hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Tutulan şəxslər arasında C.Ç., M.E.Ö., E.Y.B., Ü.A., S.K., M.G., M.B., K.C.H., E.G., G.Ş. və M.Y. var.