AZ

Qəbələ və Ağdərədədə yanğın törədən şəxslər saxlanılıb

Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 1969-cu il təvəllüdlü Kazım Soltanov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb.

K.Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək.

***

Ağdərə rayonunun Dovşanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Bildirilib ki, araşdırmalarla yanğının 1983-cü il təvəllüdlü Sənan Əliyevin məişət tullantılarını yandırmaq üçün qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub və o, saxlanılıb.

Faktıa bağlı rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

Seçilən
6
19
olke.az

10Mənbələr