AZ

Türkiyədən Azərbaycana təbrik


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən (XİN) Yeniavaz.com-a verilən məlumata görə, Türkiyə xarici işlər naziri Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə ölkəmizi səmimi qəlbdən təbrik edib.
Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə mühüm töhfə olduğu qeyd edilib. Nazirlər bu strukturların ləğvi barədə ATƏT qərarının tezliklə qəbul ediləcəyini gözlədiklərini bildiriblər.
Seçilən
45
49
yeniavaz.com

10Mənbələr