1-ci Liqa təmsilçisi "Difai" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, sözügedən klub müdafiəçi Rüfət Tahirovla 1 illik müqavilə imzalayıb.
19 yaşlı futbolçunun son komandası 2024/2025 mövsümündə formasını geyindiyi “Zirə-2” olub. O, buna qədər “Qarabağ”ın U-19 komandasında çıxış edib.